Masallıda mikroavtobus aşdı: 6 nəfər yaralandı

Masallıda mikroavtobus aşdı: 6 nəfər yaralandı
12:59 24 Noyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında mikroavtobus aşıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

 

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

 

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

 

Faktla bağlı araşdırma gedir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR