İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
13:05 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (BEB) noyabrın 22-də İranın Tehran bölgəsində iki damazlıq quşçuluq təsərrüfatında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) xəstəliyinin yayılması barədə məlumat daxil olub. Bununla əlaqədar, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və epizootik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması məqsədi ilə əmr imzalanıb. İranda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5N8) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitarıya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıq verilib.

Əmrdə Dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə İranın Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub. Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR