Ələt-Astara magistralında mikroavtobus aşdı: 6 yaralı

Ələt-Astara magistralında mikroavtobus aşdı: 6 yaralı
13:13 24 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralında mikroavtobus aşıb.

Hadisə magistralın 157-ci kilometrliyində, Masallı rayonunun Təzəalvadı kəndi ərazisində qeydə alınıb.

İdarəetməni itirən mikroavtobus yolun kənarına aşıb.

Nəticədə müxtəlif bədən xəsarətləri alan 6 sərnişin Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan sərnişinlər çıxarılıb.

Faktla bağlı araşdırma gedir. (apa)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR