Azərbaycan vətəndaşı Rusiyada qəza nəticəsində ölüb

Azərbaycan vətəndaşı Rusiyada qəza nəticəsində ölüb
13:27 24 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarında qəza nəticəsində vəfat edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə dünən gecə Nevinnomıssk şəhərində baş verib.
"Mazda" markazlı avtomobili idarə edən sürücü idarəetməni itirdiyindən nəqliyyat vasitəsi təmir məqədilə yol kənarında dayanan qoşqulu "Volvo" yük maşınına çırpılıb. Nəticədə minik avtomobilindəki iki sərnişin - Azərbaycan vətəndaşı olan 28 yaşlı kişi və 40-45 yaşlarında bir qadın dünyasını dəyişib. "Mazda"nın sürücüsü, Nevinnomıssk şəhərinin 43 yaşlı sakini qəzada xəsarət almayıb.
Qəzada iştirak edən digər avtomobilin sükanı arxasında Ermənistan vətəndaşı olub.
Qəza ilə bağlı cinayət işinin açılıb-açılmaması məsələsi həll edilir. Hər iki sürücüdən ayıqlıq dərəcəsini müəyyənləşdirmək üçün qan nümunəsi götürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycan-vetendasi-rusiyada-qeza-neticesinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR