Türkiyədə fəaliyyət göstərən rəsmi fahişəxanaların birində yanğın baş verib.
Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Adanadakı fahişəxanada baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən şəxs fahişəxananın qadın işçisidir.
Gecə saatlarında baş verən yanğın qısa zamanda söndürülüb. İlkin ehtimala görə, yanğın mətbəxdən başlayıb.
Milli.Az