Masallı bazarındakı yanğınla bağlı TƏFƏRRÜATLAR

Masallı bazarındakı yanğınla bağlı TƏFƏRRÜATLAR
13:32 24 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda kolxoz bazarının ərazisində baş verən yanğın hadisəsinin təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı Trend-ə açıqlamasında bildirib ki, hadisə noyabrın 24-də səhər saat 05:00 radələrində baş verib: "Yanğın bazarın kənarındakı mağazada baş verib. Hadisə nəticəsində bazarın kənarında ayrı-ayrı sahibkara məxsus 3 mağaza yanıb. Mağazaların hər biri 12 kvadratmetr olmaqla, cəmi 36 kvadratmetrlik sahə yanıb. Yanan ticarət obyektlərindən biri su motorlarının təmiri sexi, digər ikisi isə ərzaq və buğda satışı mağasalarıdır. Yanğının ərzaq mağazasındakı qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Hadisənin qəsdən törədildiyi ehtimal edilmir".

N.Muxtarlı deyib ki, hazırda yanğının səbəbləri və sahibkarlara dəymiş ziyan müəyyənləşdirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR