Türkiyədə bir gündə ikinci terror: ölən və yaralananlar var

Türkiyədə bir gündə ikinci terror: ölən və yaralananlar var
13:37 24 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak əyalətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub, daha beş nəfər isə yaralanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış kustar üsulla hazırlanmış partlayıcının işə salınması ilə törədilib.

Bu, son bir neçə saat ərzində Türkiyədə baş vermiş ikinci partlayış olub.

Bu gün səhər saatlarında Adana valiliyi yaxınlığında törədilmiş partlayış nəticəsində iki nəfər həlak olub, 21 nəfər yaralanmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR