"ATV-yə qayıtdım, çünki..." - Cavid+fotolar

"ATV-yə qayıtdım, çünki..." -  Cavid+fotolar
13:46 24 Noyabr 2016
111 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Cavid Gül tədbirlərin birində fotokameraqmız qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, aparıcı yeni verilişi “Duet” haqqında danışıb:

“Artıq anonsumuz yayımlanıb. Verilişdə reklam çarxından gördüyündən də çox tanınmış olacaq. ATV-nin öz layihəsidir. Yaxın günlərdə efirə verməyi düşünmürük. Çünki hazırlıqlar uzun vaxt tələb edəcək. Çox böyük layihədir, ciddi hazırlaşırıq”.

“Xəzər” telekanalı ilə yollarını ayıran Cavid Gül bu məsləyə aydınlıq gətirib:

“ATV doğma kanalımdır. Ötən il orada boşluq oldu. Həmin ərəfədə “Xəzər”dən təklif aldım. Rəhbərliklə danışıb, onlardan bir mövsümlük icazə aldım. Mövsüm başa çatanda isə ATV-yə qayıtdım”.

Özünü aktyor kimi sınayan aparıcı "Kişi sözü" serialından bəhs edib:

"Özümü peşəkar aktyor hesab etmirəm, həvəskaram. Tərəf müqabillərim peşəkarlar olduğu üçün bir az çətinlik çəkirəm".

Son günlər əlindəki təsbehlə diqqət çəkən aparıcı onu müğənni dostu Yaşar Yusubun hədiyyə etdiyini deyib:

“Heç vaxt təsbeh fırlatmamışam. Son bir aydır əlimdə gəzdirirəm. O da Yaşarın hədiyyəsi olduğu üçün. Hətta bir ara sınmışdı, yenidən düzəltdirdim”.

Foto: Ramin ASLANOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR