Baroş “Qarabağ”a qarşı oynamayacaq

Baroş “Qarabağ”a qarşı oynamayacaq
13:47 24 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+


Çexiyanın "Slovan" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"a qarşı oyuna iki itki ilə çıxacaq. Fanat.Az xəbər verir ki, hücumçu Milan Baroşla yarımmüdafiəçi David Qovorka Ağdam klubuna qarşı forma geyinə bilməyəcək.


Hər iki futbolçu zədə səbəbindən matçı kənardan izləyəcək.


“Qarabağ”da isə iki zədəli var – Rəşad Sadıqovla Bədavi Hüseynov. Kapitanın oynamayacağı dəqiqdir, Bədavinin durumuna isə axşam saatlarında aydınlıq gələcək.


Qeyd edək ki, "Slovan" - "Qarabağ" matçı bu gün saat 22:00-da başlayacaq.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-baro-qarabaa-qar-oynamayacaq-t54414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR