Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq

Azərbaycanda əhalinin sayı hər il bu qədər artacaq
14:05 24 Noyabr 2016
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2017-2020-ci illər ərzində ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artacağı gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində qeyd olunub.

Layihəyə əsasən, demoqrafik vəziyyətin yaxşılaşdırılması, əhalinin orta ömür yaşının artırılması üçün qarşıdakı illər üzrə prioritetlər də müəyyələşdirilib.

Bu prioritet istiqamətlər əhalinin bütün sosial-demoqrafik qrupları və təbəqələri üçün sağlam həyat tərzinin yaxşılaşdırılması, əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi, ailə planlaşdırılması xidmətinin inkişafı, aztəminatlı əhaliyə, o cümlədən çoxuşaqlı ailələrə, əlillərə, qaçqın və məcburi köçkünlərə müvafiq xidmətlərin göstərilməsi və s.-dir.

Qeyd edək ki, bu il oktyabrın 1-nə olan vəziyyətə görə Azərbaycanda əhalinin sayı 9 784,6 min nəfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR