Anasının yanında söyülən gəlin ərini öldürdü

Anasının yanında söyülən gəlin ərini öldürdü
14:05 24 Noyabr 2016
638 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə cinayət hadisəsi qeydə alınıb.

Milli.Az DHA-ya istinadla bildirir ki, Bursada 26 yaşlı E.Ç. ərini bıçaqlayaraq öldürüb.

Hadisə Osmanqazi mahalında baş verib. E.Ç. əri ilə evdə oturarkən anası və bacısı onlara qonaq gəliblər. Bir müddət söhbətdən sonra ər-arvad arasında mübahisə yaranıb. Onlar dalaşıblar. Bu anda ər E.Ç.-ni təhqir edib, onu evdən qovub. Anasının və bacısının yanında söyülən qadın bunu qüruruna sığışdıra bilməyib. O, mətbəx bıçağı ilə ərini yaralayıb. Ağır yaralanmış ər xəstəxanaya çatdırılsa da, o, həyatını itirib.

E.Ç. həbs edilib. Məlum olub ki, o, narkotik istifadəçisidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR