Park Cinema-da ilk dəfə: koreya dilində film nümayiş olundu - FOTO

Park Cinema-da ilk dəfə: koreya dilində film nümayiş olundu - FOTO
14:12 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Park Cinema ekranlarında koreya dilində ilk film nümayiş olundu.

Milli.Az xəbər verir ki, dünən, noyabr ayının 23-də Koreya səfirinin, diplomatların, koreya şirkətlərinin və medianın iştirakı ilə Park Cinemada ilk koreya filmi böyük ekranda nümayiş olundu. Məşhur blokbaster "Pusana gedən qatar" apokaliptik dəhşət filmi dünya ölkələrində kifayət qədər populyarlıq qazandıqdan sonra ölkəmizdə də geniş audutoriya qarşısına çıxarılır.
Park Cinema-nın təşəbbüsü ilə orijinal koreya dilində nümayiş olunan filmdə iştirak edən Koreya səfiri Kim Chang-gyu film haqqında təəssüratlarını bölüşüb:

"Filmdə kimya sənayesi, kapital marketlər və kapitalizmin gətirdiyi dəyər olan eqoizm kimi müasir dövrdə insanları ağuşuna alan təhlükələrdən bəhs edilir. Belə çətin və təhlükəli vəziyyətdə də olan sevgi, ailəyə bağlılıq, digərlərini düşünmək kimi dəyərlərin yaşadılması və qələbə qazanması çox gözəl təsvir olunmuşdur".

Filmin premyerası Kann festivalı çərçivəsində baş tutub və tənqidçilərdən çoxsaylı müsbət rəylər qazanıb. Filmin ideyası o qədər uğurludur ki, Fox və Sony studiyaları onun ingilisdilli remeykini çəkmək hüququ uğrunda mübarizəyə başlayıblar. İri Hollivud studiyalarından başqa filmin çəkilişi hüququ uğrunda Gaumont, Canal Plus və EuropaCorp-dan fransızlar da qoşulublar. Cənubi Koreya trillerinin hüquqları Contents Panda şirkətinə məxsusdur və o hələ ki, ingilisdilli remeyki çəkəcək şirkəti seçməyə tələsmir.

Qeyd edək ki, bundan sonra da Cənubi-Koreya istehsalı olan filmlərin Park Cinema ekranlarında göstərilməsi nəzərdə tutulur və tezliklə növbəti filmin böyük ekrana çıxarılması da gözlənilir.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/492647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR