Gömrükçülər külli miqdarda qaçaqmal siqaret və pirotexnika aşkar ediblər

Gömrükçülər külli miqdarda qaçaqmal siqaret və pirotexnika aşkar ediblər
14:17 24 Noyabr 2016
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1 820 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gomrukculer-kulli-miqdarda-qacaqmal-siqaret-ve-pirtexniki-vasite-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR