Beyl "Real"a keçəndən 15 dəfə zədələnib

Beyl "Real"a keçəndən 15 dəfə zədələnib
14:17 24 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Qaret Beylin 2013-cü ildə "Tottenhem"dən "Real"a keçəndən sonra daha çox zədələndiyi məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspaniyanın "EFE" nəşri onun "Real" karyerasında müxtəlif dərəcəli 15 zədə aldığını müəyyənləşdirib. "Real"ın 100 milyon avro ödədiyi uelsli 192 oyundan 139-da meydana çıxıb. Bu, 72.39% təşkil edir. Beylin əsas baldır nahiyəsində problem yaşadığı qeyd olunur.

O, sonuncu zədəsini "Sporting"lə oyunda (2:1) alıb. Beylin "El Klasiko"da (3 dekabr) iştirakı sual altındadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR