"Anderlext" rəsmisi: ""Qəbələ" ilə oyun çox vacibdir"

"Anderlext" rəsmisi: ""Qəbələ" ilə oyun çox vacibdir"
14:32 24 Noyabr 2016
63 İdman
Ölkə mətbuatı
A- A+

"Başa düşürük ki, son vaxtlar bizi çox tənqid edirlər. Bunun qarşısını kəsmək üçün qarşıdakı oyunda qələbə qazanmaq lazımdır".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Anderlext" klubunun meneceri Herman van Holsbek deyib.

Belçika təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qəbələ"nin qonağı olacaq.
 
Ölkəsinin mətbuatına açıqlama verən Holsbek Bakıdakı qarşılaşmanın onlar üçün vacib olduğunu bildirib. 62 yaşlı futbol adamı qələbə qazanacaqlarına inandığını qeyd edib: "Növbəti oyunumuzu Bakıda "Qəbələ"yə qarşı keçirəcəyik. Klubun hər bir üzvü bu görüşdə uğur qazanacağımıza inanır. Düzdür, bu, Avroliqanın qrupunda sonuncu matçımız deyil. "Qəbələ" ilə görüşdən sonra "Sent-Etyen"lə də oyunumuz olacaq. Yəni növbəti mərhələyə vəsiqələrin taleyi son turda da müəyyənləşə bilər. Bununla belə, "Qəbələ" ilə qarşılaşma xal götürmək mənasında bizim üçün çox vacibdir. Baş məşqçimiz də bunu yaxşı dərk edir. Məşqçilər korpusunda yer alan hər bir kəsə inanırıq. Amma onlar da başa düşməlidirlər ki, "Anderlext" hər məqamda qalib gəlməyi bacarmalıdır".
 
Qeyd edək ki, Herman van Holsbek 2003-cü ildən "Anderlext"də çalışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR