AZAL İsrailə uçuşlara endirim aksiyası keçirir

AZAL İsrailə uçuşlara endirim aksiyası keçirir
14:42 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Tel-Əviv istiqamətindəki uçuşlara yeni aksiya keçirir. 
Bu barədə "Report"a AZAL-dan bildirilib.
Məlumata görə, 2017-ci il yanvarın 10-dan martın 10-na qədər Bakı - Tel-Əviv - Bakı istiqamətində uçuşlara dekabrın 1-dən 20-dək alınacaq aviabiletlərin qiyməti cəmi 299 avro təşkil edəcək. Bu məbləğə bütün rüsum və yığımlar, 23 kq-a kimi baqajın pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.
AZAL-ın Bakıdan Tel-Əvivə uçuşları həftədə iki dəfə, "Airbus A319" və "Airbus A320" laynerlərində həyata keçirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azal-i-sraile-ucuslara-endirim-aksiyasi-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR