Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun MƏKTUBU AÇIQLANDI

Dəhşətli yanğının məhkəməsində Hacıbala Abutalıbovun MƏKTUBU AÇIQLANDI
14:42 24 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən dəhşətli yanğınla bağlı həbs olunan "Qlobal Stone" MMC-nin pbaş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, Binəqədi rayon icra hakiminin sabiq müavini Qəzənfər Novruzov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Milli.Az lent az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin təhqiqi mərhələsi davam etdirilib.

Prosesdə hadisə zamanı ölən şəxslərlə bağlı ekspertizanın nəticələri müzakirə edilib.
Miryusif Mahmudovun vəkili qeyd edib ki,  yanğın olan zaman verilən rəy mayın 19-u saat 17:20 də təqdim olunub. Rəydə "Global Construcion"un təhlükəsizlik tədbirləri görməməsi bildirilib.
 
Vəkil İlhamə Həsənova deyib ki, ekspertiza rəyləri mötəbər sübut ola bilməz: "Mayın 19-da keçirilən ekspertiza rəylərindən 1 il 3 ay sonrakı ekspert rəy qəbul edərkən ilkin rəyə istinad olunub".
 
Hakim bu problemi araşdıracaqlarını bildirib.
 
Təqsirləndirilən şəxs Miryusif Mahmudov qısa çıxış edərək bildirib ki, həmin rəyi qoyublar həkimin qabağına və istiqamətləndiriblər: "Həmin həkim məhkəməyə gələrək suallarımıza cavab verməlidir".
 
Hakim qeyd edib ki,  həkim iki saat ərzində meyidə baxıb,  başqa heç nə araşdırma aparmaq imkanı olmayıb. Hakim əlavə edib ki,  zərurət yaransa, həkim məhkəməyə çağırılar. 

Hakim hadisə yerində çəkilən fotoların cinayət işinə əlavə olunduğunu deyib. 
Vəkil İlhamə Həsənova bildirib ki,  həkim rəy verən zaman kimyəvi tədqiqatın nəticəsi olmayıb.
 
Prokuror Fərid Nağıyev deyib ki, vəkillər işin texniki tərəfini bilmirlər. İlhamə Həsənova isə dövlət ittihamçısının fərziyyələrlə danışdığını bildirib. Daha sonra çıxış edən Miryusif Mahmudov bildirib ki,  hakim onun verdiyi ifadəni əzbərdən danışıb: "Bunun belə olduğunu bilməzdim,  hakimə belə diqqətli olduğuna görə təşəkkürümü bildirirəm. Nə olar ki,  insanlara göstərək ki,  haqq və ədalət var. Miryusif sizə nə edib? Bir film vardı, "Timur və onun komandası". Məni döndərib eləmisiz elə onun kimi, "Miryusif Mahmudov və komandası".
 
İlhamə Həsənova bildirib ki,  sağlamlığa xəsarət yetirilməsi ilə bağlı sağ qalan şəxslər ekspertizaya təqdim olunmayıblar: "Eksperti məhkəməyə çağırmaq lazımdır.  Ekspert bildirsin ki,  canlı şəxsləri görmədən necə rəy verib".

Fərid Nağıyev isə əlavə edib ki, canlı şəxsin ekspertizaya təqdim olunması üçün əsas olmayıb.
 
Vəkil məhkəmədə onu da qeyd edib ki, ittihamda şirkətin binanın üzlənmə səlahiyyəti olmadığı qeyd edilib: "Halbuki sənədlərdən bilinir ki, şirkətin binanın üzlənməsi ilə bağlı icazəsi olub".
Hakim sənədləri elan edərkən bildirib ki,  cinayət işində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib.
 
Məktubda bildirib ki,  Hacıbala Abutalıbov binaların üzlənməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarının şirkətlə müqaviləsi olmadığını qeyd edib. Vəkillər Binəqədi rayon icra Hakimiyyəti ilə şirkət arasında bağlanan müqaviləni istintaqa təqdim ediblər. Məhkəmə prosesi noyabrın 29-da davam edəcək.
  
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "QlobalStone" MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, "Global Construction" MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan" məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu" Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan" məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs - qəti imkan tədbiri seçilməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək

24 Sentyabr 2017 08:57

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürüldü

24 Sentyabr 2017 08:53

KXDR-də ABŞ əleyhinə mitinq keçirilib

24 Sentyabr 2017 08:47

Neymarın PSJ-dəki qazancının məbləği məlum oldu

24 Sentyabr 2017 08:38

Bakıda restoranda ölüm hadisəsi baş verib

24 Sentyabr 2017 08:22

Xızıda bir gündə 616 partlamamış sursat aşkarlandı

24 Sentyabr 2017 08:18

İstanbul derbisində üç qol, beş "qırmızı"

24 Sentyabr 2017 08:14

Ərdoğan-Tramp görüşündə "S-400" məsələsinə toxunulmayıb

24 Sentyabr 2017 08:09

Tramp KXDR-in XİN rəhbərinin BMT-dəki çıxışını şərh edib

24 Sentyabr 2017 08:02

İstanbulda dramatik gecə: 2 penalti, 5 qırmızı vərəqə, 3 qol - VİDEO

24 Sentyabr 2017 07:48

KXDR XİN rəhbəri: "Tramp ruhi xəstədir"

24 Sentyabr 2017 07:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçiriləcək

24 Sentyabr 2017 07:12

Meksikanın Oahaka ştatında fövqəladə vəziyyət elan edilib

24 Sentyabr 2017 06:52

Nazir Trampı psixi xəstə adlandırdı

24 Sentyabr 2017 06:43

Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yaydı

24 Sentyabr 2017 06:38

Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

24 Sentyabr 2017 06:17

Zəlzələ Meksikada 305 can aldı

24 Sentyabr 2017 06:09

Tramp İranı ittiham etdi

24 Sentyabr 2017 05:59

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47