Gülben Ergen xəyanət iddialarına cavab verdi

Gülben Ergen xəyanət iddialarına cavab verdi
14:47 24 Noyabr 2016
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Gülben Ergen keçmiş əri Mustafa Ərdoğana və çəkildiyi "Vəzir barmağı" filminin rejissoru Mahsun Kırmızıgülə dəstəkləri üçün təşəkkür edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Erhan Çeliklə boşanma ərəfəsində olan Gülben İnstaqramda xəyanət iddialarına cavab verərkən bu haqda yazıb:

""Uşaqlarımın anası xoşbəxt olsun" deyən uşaqlarımın atasına... Gözəl işbirliyi gördüyümüz dostum Mahsuna bu həssas zamanımda verdikləri açıqlamalara görə təşəkkür edirəm. İçini zəhər tutmuş, yalandan və şərdən bezməyən hər kəsin dedikləri və ssenariləri boşdur. Həyatımda üç oğlumdan başqa heç kim yoxdur. Adımdan istifadə edərək saatlarla ekranda danışan, uydurduqları təxminlərlə xəbər yazan hər kəsi qınayıram. Ayıb olsun! Belə həssas bir zamanda özlərini göstərən hər kəsi hörmətli olmağa dəvət edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR