Baş nazir Sarkisyanın partiyasında: "Qarabağ məsələsi və..."

Baş nazir Sarkisyanın partiyasında: "Qarabağ məsələsi və..."
15:12 24 Noyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın baş naziri Karen Karapetyan cümə axşamı hakim Ermənistan Respublika Partiyasının (ERP) sıralarına qoşulmaq üçün ərizə yazıb.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir. 

"Hər bir hökumətin siyasi bazası olmalıdır. Təbii ki, bunun üçün başqa bir partiya da yaratmaq olar. Lakin Qarabağ məsələsi və təhlükəsizlik problemlərinin olması nəzərə alınsa, vəziyyəti gərginləşdirəcək istənilən addımdan çəkinmək lazımdır. Belə bir platforma ERP ola bilər. Çünki partiyanın konservativ ideologiyası mənə yaxındır və mən burada çox insanı qəbul edirəm", - deyə Karapetyan bildirib. 

Hökumət başçısının sözlərinə görə, onların qarşısında ölkənin sosial-iqtisadi, dövlət idarəçilik sistemlərinin dəyişdirilməsi hədəfləri qoyulub, bu isə o anlama gəlir ki, ilk növbədə dəyişikliyə özündən başlanılmalıdır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR