Oğluna hücum etdilər, baş məşqçi istefa verdi

Oğluna hücum etdilər, baş məşqçi istefa verdi
15:27 24 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

İsveçin "Helsinborq" klubunu çalışdıran Henrik Larsson istefa verib. Fanat.Az xəbər verir ki, buna səbəb azarkeşlərin hərəkəti olub.


Hadisə "Helsinborq"un "Halmştad"a yenilərək aşağı liqaya düşdüyü oyundan sonra baş verib. Matç başa çatan kimi meydana daxil olan fanatlar Henrik Larssona və "Helsinborq"da oynayan 19 yaşlı oğlu Cordana hücum edib.


Hıücum zamanı Larsson sifətindən xəsarət alıb. Bu hadisənin qəbul edilməz olduğunu bildirən 45 yaşlı mütəxəssis istefa verib.


Qeyd edək ki, Larsson futbolçu karyerası ərzində "Feyenoord", "Seltik", "Barselona" kimi klublarda çıxış edib, İsveç millisində keçirdiyi 106 oyunda 37 qol vurub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-oluna-hucum-etdilr-ba-mqci-istefa-verdi-t54416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR