Nazarbayev Astananın adının dəyişdirilməsi təklifinə aydınlıq gətirib

Nazarbayev Astananın adının dəyişdirilməsi təklifinə aydınlıq gətirib
15:32 24 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ ”Paytaxtın adının dəyişdirliməsi ilə bağlı heç kimə söz deməmişəm”.
“Report” Qazxıstan KİV-inə isinadən xəbər verir ki, bunu ölkə prezidenti Nursultan Nazarbayev Astana şəhərinin adının dəyişdirilməsi ilə bağlı parlamentə verilən təkilfə münasibət bildirərkən deyib.
“Nə olursa onun sonuna “nurlu” “nur” sonluğu əlavə edib, şəxsimlə bağlayırlar. Bu haqda dəfələrlə bildirmişəm. Hesab edirlər ki, mən hər yerdə “nurlu” yazılması haqda tapşırıq verirəm. Ötən gün parlamentə paytaxta mənin adımın verilməsi barədə təklif təqdim olunub. Mən belə bir təklifi nə demişəm, nə də tapşırmışam. Mən 25 ildə təkbaşıma bu qədər işi görə bilməzdim. Mən hesab edirəm ki, bu işləri görən bir komanda mövcuddur. Ona görə də uğur var”, - deyə Nursultan Nazarbayev vurğulayıb.
Qeyd edək ki, noyabrın 23-də Qazaxıstanın paytaxtı Astananın adının dəyişdirilməsi və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi təkilf edilib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə hazırlanan layihədə Astananın adının dəyişdirilməsi təklifi də əks olunub.
“Ölkə konstitusiyasında dövlətimizin birinci prezidenti, millətin lideri Nursultan Abişeviç Nazarbayevin əməyinin qeyd olunmasını, El basının (Nursultan Nazarbayevi belə də adlandırırlar – “Report”) adının paytaxtın adında və ölkəmizdəki başqa obyektlərdə öz əksinin tapmasını təklif edirik”, - deyə Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatı Kuanış Sultanov vurğulayıb.
Qeyd edək ki, dekabrıln 16-da Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümüdür.

Xəbərin orijinal ünvanı: https://report.az/region/nazarbayev-astananin-adinin-deyisdirilmesi-teklifine-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR