Masallıda fərdi evdə yanğın olub - FOTOSESSİYA

Masallıda fərdi evdə  yanğın olub - FOTOSESSİYA
09:47 6 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 09:44 ]


Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 5-dən 6-na keçən gecə  rayonun Qızılavar kənd sakini, 1981-ci il təvəllüdlü Nicat Fariz oğlu Qasımova məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb.  Yanğının söndürülməsindən ötrü hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın qısa müddətdə lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 110 kvadratmetr olan evin 2 otağı içindəki əşyalarla birlikdə 60 kv.m sahədə yanaraq yararsız  vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.  Yanğının dəqiq başvermə səbəbləri hələlik bilinmir. Ev sahibi yaşadığı mənzildə gəlininə məxsus cehizlərin olduğunu, yanğının isə qəsdən törədildiyini iddia edib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR