Dörd ay əvvəl Türkiyədə güllələnərək öldürülən
azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin sağ olmasına dair
yenidən xəbərlər yayılıb.
Aynur Zeynalova adlı istifadəçi sosial şəbəkədə yaydığı məlumatda
Rövşən Lənkəranskinin sağ olmasına dair iddiaları yenidən
səsləndirib.
O qeyd edib ki, Rövşən Lənkəranski Məhərrəm ayının 40-cı günü
Lənkəranda, ata ocağında, ailəsinin, yaxınlarının yanında olub.
Belə ki, azərbaycanlı avtoritet hər il olduğu kimi bu il də
adət-ənənəsini pozmayıb: “O, hər il Məhərrəm ayının 40-da Lənkərana
ata ocağına gəlirmiş… Bu il də adəti üzrə vəzifəsini yerinə
yetirib”.
Aynur Zeynalovanın yazdığına görə, Rövşən Lənkəranskinin sağ
olduğunu iddia edən etibarlı şəxslər var ki, onlar adlarının
açıqlamasını istəmirlər.
Aynur Zeynalovanın öz şəxsi “Facebook” səhifəsindəki
paylaşımını təqdim edirik:
“Hər il olduğu kimi bu il də adət-ənənəsini pozmayan böyük qardaşım
(inciməsin yazıma görə)…Ay məni Rövşənin ölümünə inandıranlar, sizə
səslənirəm, çəkinmədən, qorxmadan… Bilirəm ki, kimlər mənim
yazdıqlarımı, paylaşdıqlarımı izləyir. Bəs deyirsiniz ki, Rövşən
ölüb? Deyirdiz ki, hadisə belə olub, elə olub? Hətta hadisələri
calaşdırıb gözümə soxanlar da oldu. Ortada “dəlil-sübut olmasa
belə, bəlkə də haqlıdırlar, bəlkə də həqiqətən öldürülüb” öz-özümə
deməyə başlamışdım.
Mən onsuz da araşdırmalarımı dayandırmamışdım. Mənə gələn yazıları,
zəngləri, sözügedən insan haqda məlumatların hamısını araşdırdım.
İndi də sizə belə bir yeni xəbər verirəm. Məhərrəm ayının 40-cı
günü hörmətli avtoritet Rövşən Lənkəranski məhz Lənkəranda olub. Öz
ata ocağında olub. Nə az, nə çox düz 4 gün orda qalıb. Anası,
ailəsi, yaxın qohumları ilə görüşüb. Bunu Lənkərandan söyləyən şəxs
heç də yalançı və uşağ-muşaq deyil”.
Qeyd edək ki, Aynur Zeynalova Rövşən Lənkəranskinin sağ olmasına
dair iddianı bir müddət əvvəl də səsləndirmişdi. (cebhe.info)