Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib

Avropa parlamenti Türkiyə ilə müzakirələrin dayandırılmasına səs verib
15:47 24 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr.REPORT.AZ/ Avropa parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqda qərar qəbul edib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, qətnamə layihəsinin lehinə 479, əleyhinə isə 37 səs verilib, 107 depuatat isə tərəfsiz qalıb.
Məlumata görə, Avropa İttifaqı Şurası noyabrın 23-də məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, parlamentdə müzakirələrin dayandırılmasına səs verilsə belə bunun hüquqi əsası olmayacaq.
Xəbərdə bildirilib ki, dekabrın 15-16-da Avropa İttifaqı Şurasının toplantısı keçiriləcək. Bu toplantıda qəbul olunacaq qərar Türkiyənin ittifaqa üzvlüyü ilə bağlı müzakirələrin taleyini həll edəcək.
Qeyd edək ki, Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinə 2005-ci il oktyabrın 3-də başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropa-parlamenti-turkiye-ile-muzakirelerin-dayandirilmasina-ses-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR