Qışda sürücüləri ən çox incidən avtomobilin şüşəsinin tərləməsidir. Bu sürücü üçün təhlükəlidir. Belə ki, tərləyən şüşəni tez-tez silmək sürücünün fikrini yayındırır. Tərləmiş şüşə uzağı görməkdə də çətinlik yaradır. Bunun qarşısını almaq üçün çox sadə bir üsul var.
Publika.az həmin üsulu təqdim edir.
Lazım olacaq:
- Pambıqdan corab
- Hopdurucu dolğu (pişik üçün qum, zoomağazadan ala bilərsiniz)
- Yapışqanın çarxı.
Corabın yuxarı hissəsini çarxa keçirdin.
Dolğunu corabın içinə, yarısına kimi boşaldın.
Çarxı çıxardın.
Avtomobilinizdə istənilən açıq yerə qoyun.
Hopdurucu havadakı nəmi özünə çəkdiyi üçün, sizin şüşələriniz tərləməyəcək.
Mələk