Kreml Avropaya nüvə silahları tuşladı – ŞOK XƏRİTƏLƏR

Kreml Avropaya nüvə silahları tuşladı – ŞOK XƏRİTƏLƏR
15:53 24 Noyabr 2016
615 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin NATO sərhədlərində - Kalininqradda nüvə potensialını gücləndirməklə tədricən beynəlxalq siyasətə qayıdır.

Publika.az xəbər verir ki, bu haqda alman generalı Hans-Lator Dpmreze yerli “Bild” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kreml Şimali Atlantik İttifaqının sərhədlərində nüvə silahını yerləşdirməklə hadisələrin sonrakı inkişafına təsir göstərmək istəyir. Domreze qeyd edib ki, Rusiya artıq Kalininqrad vilayətində müasir silahlar, həmçinin S-400 hava hücumundan müdafiə kompleksləri, “Bastion" tipli raket sistemləri və 500 kilometr uçuş məsafəsi olan “İskəndər” raket kompleksləri yerləşdirib.

“Putin addımbaaddım dünya səhnəsinə qayıdır”, - alman general bildirib.

Qərbdə etiraf edirlər ki, bütün Avropa Rusiya raketlərinin hədəfi altındadır. Oktyabr ayında Rusiya Kalininqradda gəmi əleyhinə müdafiə kompleksini yerləşdirib.

Rusiya bu kompleksdən daha əvvəl Suriyada üsyançılara qarşı hücum silahı kimi istifadə edib. “IHS Jane's 360”ın (hərbi, həmçinin nəqliyyat mövzusunda ixtisaslaşan Britaniya nəşriyyatı — red.) məlumatlarına əsasən, “Bastion”dan buraxılan səsdən surətli raketlər təxminən 200 mil (təxminən 300 kilomert –red.) hərəkət radiusuna malikdir. Müharibə olacağı halda, bu raketlərdən Baltikyanı ölkələrə çatmağa çalışan NATO gəmilərinə qarşı istifadə edilə bilər.

Kalininqraddakı S-400 ultramüasir raket sistemləri isə 250 milə (təxminən 500 kilometr –red.) qədər uzaqlıqdakı hava hədəflərinə zərbələr vura bilər. Bu raket sistemləri Baltika regionunun çox hissəsində NATO-nun raketlərinə zərbələr vurmağa qadirdir.

Rusiya oktyabr ayında Kalininqrada işəsalma qurğularıyla təchiz edilmiş iki gözətçi raket gəmisini göndərib. Bu gəmilər “Kalibr” raketləri ilə 900 mil (təxminən 1500 kilomert –red.) məsafədə yerləşən hədəfləri vura bilir.

“İskəndər-M” raketlərinin hərəkət diapazonu isə 300 mil (təxminən 500 kilometr — red.) təşkil edir. Xüsusi hərəkət trayektoriyası olan raketi aşkar etmək çətindir və hədəfi olduqca dəqiq vurur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR