Səfir: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Azərbaycana qarşı haqsızlıq artır"

Səfir: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Azərbaycana qarşı haqsızlıq artır"
16:27 24 Noyabr 2016
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münasiqə həll olunmadıqca qardaşımıza qarşı haqsızlıq getdikcə artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə "Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə" adlı konfransda çıxışı zamanı deyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini olduqca vacib sayan səfir qeyd edib ki, bu gün Türkiyə türkdilli ölkələrin hazırkı səviyyəyə çatmasından çox böyük qürur duyur.

E.Özoral əlavə edib ki, Türkiyə müstəqillik əldə etmiş türkdilli ölkələrin beynəlxalq aləmdə layiqli yer tutması üçün əlindən gələni edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR