Süni düyüdən sonra, son günlər süni yumurta cəmiyyətdə
çaşqınlıq yaradıb. Gündəlik qida rasionunda önəmli yer tutan
yumurtanın sünisinin hazırlanması və onun normal yumurtadan
fərqləndirilməsinin çətinliyi insanları çaşbaş salıb.
Satışda saxta Çin yumurtası: MÜTLƏQ OXUYUN!
Amma yumurtanı ayırmaq çox çətin olacaq.
İnsanların tək dərdi Çin istehsalı olan bu süni
məhsulları təbiidən ayırmaq deyil. Süni, bədənimiz üçün yad olan bu
yumurtaların qəbulunun böyüklərdə sinir sistemi xəstəliyinə,
uşaqlarda əqli geriliyə səbəb olduğu deyilir.
Bəs süni düyü və yumurta insan bədəninə necə təsir edə,
hansı xəstəliklərə səbəb ola bilər?
Terapevt Elnur Rəhimov Publika.az-a bildirib
ki, süni qidalar insan bədənində həzm edilmir və toksiki maddəyə
çevrilir: “İnsanın qəbul etdiyi qidaların tərkibi süni olduqda
bədəndə həll olmur, sərbəst radikallar yaradır. Bu radikallar
toksik maddələrə çevrilir. Çünki insan bədəni təbii qidalara uyğun
formalaşıb. Orqanlar süni qidanı qəbul edə, onu normal həzm edə
bilmir. Bu cür qidaların qəbulu qısa zamanda nəticəsini göstərmir.
Məsələn, siz süni yumurta, düyü və digər qidalar qəbul edən kimi
bədən reaksiya vermir. Ona görə də insanlar elə düşünür bu
qidaların heç bir zərəri yoxdur. Əksinə bu yad maddələr bədəndə
əsasən qaraciyər, böyrəklər, bağırsaqlarda toplanır. Mütəmadi bu
cür qidalar qəbul etmə xroniki xəstəliklərə səbəb olur. Sonra hər
hansı xəstəlik yarananda problemlər ard-arda üzrə çıxır. Bu, yalnız
süni düyü və yumurta ilə əlaqədar deyil, digər süni qidaları qəbul
edəndə də oxşar əlamətlər müşahidə olunur. Qida əlavələri bədəndə
parçalanmır, onlar yalnız biostimulyatora çevrilir ki, bu da
bədəndə xərçəngəbənzər hüceyrələrin inkişafına təsir edir”.
E.Rəhimov onu da vurğulayır ki, süni qidaların qəbulu əqli
inkişafı ləngidir: “Beynin inkişafı qəbul etdiyimiz karbohidrat,
zülallarla bağlıdır. Qəbul etdiyimiz yumurta zülal, karbohidrat
tərkibli deyilsə, o zaman əqli geriliyə səbəb olur”.
Digər terapevt Elçin Hüseynzadə hesab edir ki,
qəbul etdiyimiz süni qidaların tərkibinin bəlli olmaması onun
təsiri barədə dəqiq fikir bildirməyə imkan vermir: “Süni qidaların
zərəri onların hazırlandığı maddələrdən asılıdır. Məsələn, normal
yumurtanın ağı və sarısı əsasən zülaldan ibarətdir. Hətta zülal
sözünün mənası yumurtanın ağı deməkdir. Süni əldə edilən yumurtada
zülalın miqdarı normal olmazsa, bədəndə balans pozulur. İnsan
bədənində zülal, karbohidrat və yağların mübadiləsi gedir. Bununla
da bədəndəki bütün biokimyəvi prosesləri tənzimlənir. Kartof, çörək
və yumurta vasitəsilə zülal qəbul etməmək daha çox endikrinoloji,
hormonal problemlərə səbəb olur. Zülal insan bədənində həm də
böyümə hormonu yaradır. Onun çatışmazlığı fiziki inkişafı da
ləngidir”.
Nevropatoloq Hüseyn Soltanovun fikrincə, süni
qidalar təkcə uşaqlar deyil, xüsusən də ana olmağı planlaşdıran
qadınlar üçün də zərərlidir: “Bir qadın hamiləlikdən əvvəl iki il
ərzində qidalanmasına fikir verməlidir. Konservləşdirilmiş, süni
qidalar doğulacaq uşağın əqli inkişafına birbaşa təsir edir.
Embrionun ilk olaraq sinir hüceyrələrinin formalaşdığını nəzərə
alsaq, ananın bədənində toplanan maddələrin əhəmiyyətini dərk etmiş
olarıq. Bu inkişaf üçün qadın bədənində B vitaminləri kifayət qədər
olmalıdır. Həmin vitaminlərin çatışmazlığı beyin qan dövranının
inkişafına, əqli geriliyə səbəb olur. Son illərin ən çox yayılmış
xəstəliklərindən hesab olunan autizmin əsas səbəblərindən biri
sinir sistemi yetərsizliyi, dolayısı ilə B qrup vitaminlərin
çatışmazlığı ilə bağlıdır. Ötən əsrin 50-ci illərində hər 50 min
uşaqdan biri, 90-cı illərdə hər 10 min uşaqdan biri autizm olurdu.
Bu gün isə Təkcə Cənubi Koreyada hər 50, ABŞ-da hər 62 uşaqdan biri
autizmdir. 2025-ci hər iki uşaqdan birində autizm olacaq. Autizm
səbəblərindən yalnız birinin B qrup vitaminlər çatışmazlığı hesab
olunsa belə, bu çox ciddi məsələdir. Hətta bu yalnız bir məqalə
yox, dövlət proqramı səviyyəsinə qaldırılacaq məsələdir”.
Nevropatoloqun sözlərinə görə, B qrup vitaminlər çatışmazlığı
həmçinin uşaqlarda epilepsiya, hiperaktivlik kimi problemlərin
artmasına gətirib çıxarır: “Yalnız sadaladığımız 3 xəstəlik
cəmiyyətin bəlasına çevrilib. Bu da süni qidalanmanın
nəticələri”.
Gülxar
Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177203.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)