Dollar indeksi 13 illik maksimuma çatıb

Dollar indeksi 13 illik maksimuma çatıb
16:57 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Dollar indeksi (US Dollar İndex, DXY) 101,94 bəndə yüksələrək son 13 ilin maksimal həddinə çatıb. "Report" xəbər verir ki, bu indeksi ABŞ dollarının 6 əsas ticarət tərəfdaşı olan ölkələrin valyuta səbəti ilə müqayisədə məzənnəsi kimi qəbul edilir. Bu valyutalar - Yaponiya yeni, Britaniya funtu, Kanada dolları, İsveç kronu, İsveçrə frankı və avrodur. Dollar indeksinin ABŞ iqtisadiyyatından gələn müsbət göstəricilər fonunda dolların möhkəmlənməsi nəticəsində yüksəldiyi bildirilir.
Dollar indeksinin qarşıdakı günlərdə daha da yüksələcəyi ehtimal edilir. Xatırladaq ki, DXY indeksinin maksimal səviyyəsi 1985-ci ildə (164,7), minimal səviyyəsi isə 2008-ci ildə (70,7) səviyyəsində qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dollarin-indeksi-13-illik-maksimumda-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR