Əmanətçilərə 708 milyon 399 min manatdan artıq kompensasiya ödənilib

Əmanətçilərə 708 milyon 399 min manatdan artıq kompensasiya ödənilib
17:09 24 Noyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 22-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 862 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 306 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 192 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.

Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 125 miyon 381 min  manatdan  artıq  kompensasiya  ödənilib.

Noyabrın 22-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 926 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya ödənilib.

Bundan başqa,  “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 081 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 205  min manatdan artıq kompensasiya ödənilib.

Noyabrın 22-də həm də QSC “Bank Standard” KB-nin qorunan  əmanətçilərinə 421 milyon  669  min  manat  artıq  kompensasiya  ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 708 milyon 399 min manatdan artıq kompensasiya   ödənilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR