“Ölüm robot”ları gün üzünə çıxdı – 25 il öncə baş tutmayan MÜHARİBƏ QAYIDIR

“Ölüm robot”ları gün üzünə çıxdı – 25 il öncə baş tutmayan MÜHARİBƏ QAYIDIR
17:33 24 Noyabr 2016
190 Dünya
Ölkə mətbuatı
A- A+

Kreml Polşa sərhədinə uzaqdan idarə olunan müharibə robotu və robot tank yerləşdirir.

Publika.az
xəbər verir ki, NATO-nun Rumıniya və Estoniya sərhədlərinə hərbi qüvvə yığmaq qərarına qarşı Rusiya Kalininqrada nüvə başlığı daşıyan raketlər yerləşdirdi. Bunun ardında da Polşa ilə sərhəddə robot tanklar və “ölüm robotu” adlanan Platforma-M robot texnikası yerləşdirmək qərarına gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, robot tanklar 30 mm 2A72 avtomatik top, 7,62 mm pulemyot və 9M120 raketinə malikdir. Robot tankın lazer işarələmə xüsusiyyətləri də var. Bu tanklar digər tanklarla müqayisədə daha sürətlidir.

“Ölüm robotu” adlanan Platforma-M robot texnikası isə raket atmaq imkanına malikdir. Həmçinin, kalaşnikov silahlarına da sahibdir.

Qeyd edək ki, bu, “soyuq müharibə”dən sonra ilk dəfədir ki, NATO və Rusiya bir-birinə qarşı bu qədər hərbi texnika toplayıb. “Soyuq müharibə” II Dünya Müharibəsindən sonra başlayıb. Bu dövrdə ABŞ və SSRİ güclü silahlanma ilə məşğul idi. Bu silahlanmanın sonu müharibəyə səbəb ola bilərdi. Lakin 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra "soyuq müharibə" başa çatdı.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR