"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyi yenidən formalaşdırılacaq

"PAŞA Bank"ın Türkiyədəki törəməsinin rəhbərliyi yenidən formalaşdırılacaq
17:57 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Sabah "PAŞA Bank" ASC-nin Türkiyənin törəməsi - "PAŞA Yatırım Bankası"nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə "Report" Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu - KAP) istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda Bankın İdarə Heyətinin üzvlərinin sayı, eləcə də onların seçilməsi məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2014-cü ilin sonunda, 2015-ci ilin əvvəlində "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/pasa-bank-in-turkiyedeki-toremesinin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR