Türkiyədə “Star TV”də Zuhal Topalın evlilik proqramına qatılan azərbaycanlı iştirakçı Esmira verilişdə hönkür-hönkür ağlayıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, azərbaycanlı iştirakçı bildirib ki, ağlamağına səbəb saç düzümünün pis olmasıdır: ”Saçlarım istədiyim kimi olmadı. Qaynaqlarımı çıxartdırmışam, belə pisdi”. Daha sonra sakitləşən Esmiraya Amerikada təhsil almış türkiyəli bəy talib çıxıb. Azərbaycanlı iştirakçı bəy talibin əllərindən tutaraq, bir-birlərini tanımaq üçün çay içməyə gediblər.