UNEC-də konfrans: “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə”

UNEC-də konfrans: “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə”
18:14 24 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 24-də İqtisad Universitetində (UNEC) “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.

 

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, son 25 ildə ölkənin inkişaf yoluna nəzər salaraq, az müddət ərzində sosial-iqtisadi sahədə böyük nailiyyətlər müşahidə edilir.

 

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda çıxış edərək 1991-2015-ci illərdəki iqtisadi dinamikanı, mühüm statistik göstəriciləri, o cümlədən son 10 ildəki davamlı sosail-iqtisadi inkişafı rəqəmlərlə təqdim edib.

 

 

UNEC-in Elm və İnnovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov “Azərbaycan təhsili müstəqillik illərində” mövzusunda təqdimatında 1991-2016-cı illər ərzində təhsildəki inkişaf meyllərinə xüsusi yer ayırıb. Mərkəz direktoru Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqətdən danışaraq, son illərdə hər iki sahənin inkişafı istiqamətində atılan addımları statistik rəqəmlərlə qeyd edib.

 

Rektor Ə.Muradov UNEC-in əldə etdiyi bir neçə uğurlu nəticələrə toxunaraq bildirib ki, ölkə üzrə MBA-da təhsilalanların 70%-i UNEC-i seçib. Son açıqlamalara görə, bu göstərici yeni tədris ilində 6.2% artıb. Universitetdə pedaqoji heyətin orta aylıq əmək haqqının 981 manat olduğunu deyən rektor, aparılan struktur islahatları sayəsində müəllimlərin maaşlarının daha da artırılacağını qeyd edib. Ə.Muradov məqsədin universitetə daha peşəkar müəllimləri cəlb etməklə, tələbələrə verilən biliyin səviyyəsinin artırılmasına nail olmaq olduğunu da vurğulayıb.

Rektor universitetin qazandığı nailiyyətlərin ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək məqsədilə “UNEC rəqəmlərdə” adlı məlumat kitabçasının dərc olunacağını qeyd edib.

 

Çıxışlardan sonra Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Müstəqil Azərbaycan 25 il” adlı kitabının ilk nüsxələri UNEC-ə hədiyyə edilib.

 

Sonda UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR