"Bu sistem ipoteka kreditlərinin verilməsində neqativ halları aradan qaldıracaq"

"Bu sistem ipoteka kreditlərinin verilməsində neqativ halları aradan qaldıracaq"
18:17 24 Noyabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

İpoteka kreditlərinə müraciət bərpa edildi. Bu gün təsdiq edilən yeniliklər arasında diqqəti çəkən məqamlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manat ilə yanaşı istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir.

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının fikrincə, elektron müraciətin tətbiqi çox vacib idi: "Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyli dərəcədə məhdudlaşdırırdı. Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir".

Ekspert əlavə edib ki, eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi.

İlkin İzzət
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR