“Azərsu”dan xaçmazlılara ŞAD XƏBƏR

“Azərsu”dan xaçmazlılara ŞAD XƏBƏR
18:38 24 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz şəhərində 47 min nəfərin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılacaq. Rayonun Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılacaq.

“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, bu işlər Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində həyata keçiriləcək.

Mərhələli şəkildə həyata keçirilən layihədən ümumilikdə layihədən 58 min nəfər faydalanacaq. Layihənin icrasına 2012-ci ilin aprel ayında başlanılıb. Birinci mərhələdə su mənbəyi - Uçqun bulağı bərpa olunub və məhsuldarlığı saniyədə 230 litrə çatdırılıb.

Layihənin ikinci mərhələsində Xaçmaz şəhərində su və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılıb. Hazırda su şəbəkəsi ilə paralel olaraq şəhərdə kanalizasiya infrastrukturu da yaradılır.

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək məhsuldarlığı sutkada 70 min kubmetr olan çirkab sutəmizləyici qurğuda emal olunacaq. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları bu qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir.

Qeyd edək ki, “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatmış, digər rayonlarda isə davam etdirilir.




Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/177222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR