Rusiya Frenk El Kaponenin təşkilatını ləğv edir

Rusiya Frenk El Kaponenin təşkilatını ləğv edir
18:42 24 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Fizuli Məmmədovun (Frenk El Kapone) sədri olduğu "Dünya Azərbaycanlıları İttifaqı"na (DAİ) xitam verir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, artıq Rusiya Ali Məhkəməsi onların icraatında "DAİ" nın fəaliyyətinə xitam verilməsinə dair Ədliyyə Nazirliyinin inzibati iddia ərizəsi əsasında başlanmış iş mövcuddur. Rusiyanın Ali Məhkəməsi də öz növbəsində RF Ədliyyə Nazirliyinin müraciətinə operativ münasibət bildirərək "DAİ" işi ilə əlaqədar bu ilin 1 dekabr tarixinə məhkəmə iclası təyin edib.

Məlumata görə, qurum maliyyə məsələlərində ittiham edilir.
Xatırladırıq ki, "Dünya Azərbaycanlıları İttifaqı"  2005-ci ildə Fizuli Məmməd oğlu Məmmədov (Frenk El Kapone) tərəfindən təsis edilib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR