Şabranda 56 yaşlı piyadanı avtomobil vurub

Şabranda 56 yaşlı piyadanı avtomobil vurub
19:27 24 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Şabran. 24 noyabr. REPORT.AZ/ Şabran rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
"Report"un Şimal bürosu xəbər verir ki, 21 yaşlı Murad Məmmədovun idarə etdiyi 17 BB 995 dövlət nömrə qeydiyyatı nişanlı "Lada Priora" markalı avtomobillə yolu keçən 56 yaşlı rayon sakini Rübabə Şəfaqətovanı vuraraq hadisə yerindən qaçıb. Piyada hadisə yerində dünyasını dəyişib. 
M.Məmmədov Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabranda-56-yasli-piyadani-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR