Avtomobil iki piyadanı vurdu: biri öldü, digəri ağır vəziyyətdə

Avtomobil iki piyadanı vurdu: biri öldü, digəri ağır vəziyyətdə
19:42 24 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, qəza bu gün saat 18.30 radələrində Masallı-Yardımlı şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "Mercedes" markalı minik avtomobili yolun kənarı ilə gedən iki piyadanı vurub. Piyadalardan biri hadisə yerində ölüb, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşınında Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Qəzanı törətmiş sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisə yerindən qaçmış sürücünün saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR