İlham Əliyev İvaniçi təbrik etdi

İlham Əliyev İvaniçi təbrik etdi
19:53 24 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Zati-aliləri cənab Mladen İvaniçə təbrik məktubu göndərib.

Publika.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı əlaqələrin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/177230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR