Suriyada 7 türk əsgəri yaralandı

Suriyada 7 türk əsgəri yaralandı
20:12 24 Noyabr 2016
74 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Fırat qalxanı" əməliyyatı çərçivəsində bu gün 7 türk əsgəri yaralanıb.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər təcili tibbi yardım maşınları ilə sərhədə çatdırılaraq buradan helikopterlə Kilis Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Onların yaralanma şəraiti haqda əlavə məlumat yoxdur.

Qeyd edək ki, "Fırat qalxanı" adlı əməliyyata avqustun 24-də start verilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR