Nazir: "Avropa Prlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur"

Nazir: "Avropa Prlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur"
20:12 24 Noyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ “Avropa parlamentinin qərarı bizim üçün yox kimidir”.
“Report” “Sabah”a istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik Avropa Parlamentinin Avropa İttifaqına üzvlüklə bağlı Türkiyə ilə müzakirələri dayandırılması haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirərəkən deyib.
“Bu qərar baxışı, dili etibarilə ciddi qəbul olunacaq qərar deyil. Avropa İttifaqı səs çoxluğunu təmsil edən bir yer kimi görünür. Türkiyədən söz düşəndə təəssüf ki, bu səs çoxluğu qeybə çəkilir. Avropa Prlamentinin qəbul etdiyi qərarın heç bir hüquqi əsası yoxdur” - nazir vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə Avropa Parlamentinin qəbul etdiyiə qərara baxmayaraq, terrora qarşı mübarizəsini davam etdirəcək.
Xatırladaq ki, Avropa parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyünün müzakirəsinin dayandırılması haqqında qətnamə qəbul edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/nazir-avropa-prlamentinin-qebul-etdiyi-qerarin-hec-bir-huquqi-esasi-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR