Maşın ağaca çırpıldı: 2 yaralı - VİDEO - FOTO

Maşın ağaca çırpıldı: 2 yaralı - VİDEO - FOTO
20:22 24 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 16:00 radələrində Şəki ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan magistral yolunun 73-cü km-də Şəkinin Cumakənd kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Mingəçevir sakini Quliyev Zahid Minas oğlu idarə etdiyi 90-GZ-234 dövlət nömrə nişanlı "Reno" markalı avtomobillə Zaqataladan Mingəçevir istiqamətindən hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Quliyev Zahid və avtomobildə olan sərnişin Mingəçevir sakini Həsənli Təbriz Fariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Şəki RMX-yə çatdırılıblar. Qəzanın ilkin olaraq idarəetmənin itirilməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/492760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR