Gəzməyin xeyri: alimlər araşdırma aparıblar

Gəzməyin xeyri: alimlər araşdırma aparıblar
21:22 24 Noyabr 2016
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Müntəzəm gəzinti insanda ürək və qan-damar problemlərinin qarşısını alır, infarktdan, başqa ürək xəstəliklərindən ölüm riskini azaldır. Novator.az-ın məlumatına görə, bununla bağlı amerikalı alimlərin "Creative Nursing" elmi jurnalında məqaləsi dərc olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, məqalənin müəlliflərindən biri, ABŞ-ın Binqhemton Universitetinin müəllimi Pamela Fas bildirib ki, gəzintinin əla məşğuliyyət olduğunu hamı bilir: "İndiyəcən alimlər gəzintinin köməyilə xolesterindən, artıq çəkidən və təzyiqdən qurtulmağın mümkünlüyü haqda müxtəlif fikirlər söyləyiblər. Biz də bunun həqiqiliyini yoxlamışıq".
 
"Creative Nursing" jurnalındakı məqalənin müəllifləri olan alimlər Nyu-Yorkda yaşayan 70 gənc və yaşlı qadının həyatını müşahidə ediblər. Onların hamısı gəzintini və sağlam həyat tərzini təbliğ edən proqramlara könüllü qoşulmuş qadınlar olub. Müşahidələrdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, gəzinti doğrudan da ürək və qan-damar problemlərindən qurtulmağa kömək edir.
 
Sağlamlıq proqramında iştirak edən həmin qadınlar üzərində aparılan analizlər göstərib ki, qadınlar nə qədər çox gəziblərsə, qanlarındakı xolesterinin miqdarı və qan təzyiqləri də bir o qədər aşağı olub. Qadınların kardioqram göstəriciləri və digər analizlərin nəticələri, o cümlədən qanda piyin miqdarı da normal olub.
 
Hazırda alimlər kişilərin və müxtəlif etnik qrupların nümayəndələrinin iştirakı ilə daha iri miqyaslı müşahidə aparmağı planlaşdırırlar. Mütəxəssislər bu üsulla gəzintinin kişilərə və ayrı-ayrı irqlərdən olan insanlara təsirini öyrənmək istəyirlər

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR