Aparıcı Özlem Yıldız gecə saatlarında mağazadan çıxarkən paparassilərin obyektivinə tuş gəlib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qız rəfiqəsi ilə indidən Yeni ilə hazırlaşan aparıcı bir-iki əşya da alıb. Yol boyu selfie çəkdirən Özlem media nümayəndələrini qarşısında görüncə təəccübünü gizlədə bilməyib.
"O, çəkir, mən sadəcə onun ardınca gedirəm. Neyləyim?!", - deyə Yıldız bildirib.