Gürcüstan qonşu dövlətlərdən enerji asılılığını azaltmaq niyyətindədir

Gürcüstan qonşu dövlətlərdən enerji asılılığını azaltmaq niyyətindədir
21:37 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tbilisi. 24 noyabr. REPORT.AZ/ Gürcüstan qonşu ölkələrdən enerji asılılığını azaltmaq niyyətindədir. Bunun üçün Gürcüstan hökuməti yerli enerji ehtiyatlarından istifadə etməyi planlaşdırır.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, belə bir bəyanatla Gürcüstanın energetika naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Kaxa Kaladze çıxış edib.
Onun sözlərinə görə, Gürcüstan zəngin təbii ehtiyatlara malikdir. Amma bu gün həmin ehtiyatların cəmi 20 faizindən istifadə olunur.
Kaladze deyib: “Biz bütün imkanlardan istifadə edərək, qonşu dövlətlərdən enerji asıllığımızı azaltmalıyıq. Biz qonşu dövlətlərdən çoxlu miqdarda enerji alırıq və bunun da nəticəsində tariflər artır. Bu da əhalinin xərclərinin artmasına təsir göstərir. Bunun qarşısını almaq və əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün biz, yerli resurslardan maksimum istifadə etməliyik”.
Sabiq nazir bildirib ki, ölkənin enerji sektorunun inkişafına 3 milyard GEL sərmayə yönəldiləcək.
“Bu vəsait hesabına infrastruktur yenilənəcək, inkişaf edəcək. Bu zaman külək, su və istilik elektrik stansiyalarının tikintisinə xüsusi diqqət yetirməliyik” – deyə, Kaladze vurğulayıb.
Qeyd edək ki, K.Kaladze bu il keçirilən parlament seçkilərinə qədər ölkənin energetika naziri vəzifəsində çalışıb. Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibi olan Kaladze seçkilərlə əlaqədar nazir postundan istefa vermişdi. Yeni formalaşan kabinetdə yenidən ona energetika naziri postu təklif olunub.
Gürcüstan parlamenti yaxın iki gün ərzində yeni hökumətin tərkibini təsdiq etməlidir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/gurcustan-qonsu-dovletlerden-enerji-asilligini-azaltmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR