Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini artıran 6 məsləhət
21:42 24 Noyabr 2016
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür. Dünyaya göz açan körpə nə qədər çox ana südü ilə qidalanarsa, bir o qədər də immuniteti yüksək olar. Ana südündən kəsildikdən sonrakı dövrlərdə ən azı 10 yaşına kimi uşağın qidalanması onun həyatında mühüm rol oynayır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, sizlərə uşaqlarınınzın immunitetinin yüksək olması üçün lazım olan qidalar barədə məlumatlar vermək istəyirəm:
1. Uşağınızın immun sistemini gücləndirən meyvə və tərəvəzlərdən çox istifadə edin. Ən çox tərkibində D və C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə edin. Bunlara ispanaq, kələm, portağal, kərəviz, brokkli kələmi, pazı, turp və s. aiddir.
2. Uşaqlarınıza Omeqa-3 yağı ilə zəngin qidalar yedirin. Bu qidalara dəniz məhsulları aiddir. Çalışın uşağınız ən azı həftədə 1 dəfə balıq əti yesin.
3. Uşağınızın oprqanizminin müdafiə gücünü artırmaq istəyirsinizsə, ona A, C, E, D vitaminləri ilə zəngin və təbii qidalarla malik qidalar yedirin.
4. Uşağınızın qidasında narıncı və tünd yaşıl rəngdə olan meyvə-tərəvəzlərə üstünlük verin.
5. Uşağınızın C vitamini ilə qidalanmasına üstünlük verin. C vitamini orqanizm üçün gündəlik tələbat olan vitaminlərdən hesab edilir.
6. Uşağınızın sağlam böyüməsi üçün onun orqanizminin sink vitamininə də ehtiyacı böyükdür. Sink vitamini dəri və saçların sağlamlığı üçün ən vacib olan vitaminlərdən hesab edilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR