Uşaqlar özündə olsa da, aliment verir - VİDEO

Uşaqlar özündə olsa da, aliment verir - VİDEO
21:42 24 Noyabr 2016
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Uşağı himayəsinə keçirən atadan hələ də aliment tələb edilir. Hətta ödöəmədiyi aylara görə ona borc da yazılıb.

Həyat yoldaşına bir müddət aliment verən kişi, uşağı öz himayəsinə keçirdikdən sonra da bunu ödəməyə məcbur olub.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Hənifə Hənifəyev həyat yoldaşı ilə 2009-cı ildə boşanıb. Onların birgə nikahdan bir uşaqları olduğu üçün məhkəmə qərarı ilə illərlə 105 manat aliment ödəyib. Amma bir müddətdən sonra ananın psixoloji vəziyyətində problem yarandığından o, dispanserə yerləşdirilib. Bu səbəblə də uşaq atasının himayəsinə keçib.

Ama 2 ildir Hənifə Hənifəyevdən uşağına görə aliment tələb edilir. Hətta verməli olmadığı alimentə görə ona 2000 manatdan çox borc da yazılıb.

Mütəxəssislərə görə, hazırda uşağın birinci dərəcəli himayədarı ata olduğundan ondan aliment tələb edilə bilməz. Hənifə Hənifəyev məhkəməyə müraciət edərək işi öz xeyrinə sonlandıra bilər.

Ata məhkəmə qərarı ilə o yığılan borcdan da azad oluna bilər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR