Bjezinski: “Qlobal problemləri bu üçlük həll edə bilər”

Bjezinski: “Qlobal problemləri bu üçlük həll edə bilər”
21:43 24 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın eks-prezidenti Cim Karterin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, məşhur politoloq Zbiqnev Bjezinski Vaşinqtonu Rusiyanı demokratikləşdirməyə çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, məşhur politoloq bu haqda MSNBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiyanın kommunizmdən demokratiyaya keçidinə kömək edərsə, o, ABŞ və Çinlə birlikdə dünyanın aparıcı ölkələrindən biri olacaq.

“Rusiya daha kommunist dövləti deyil. Bunu anlamaq çox əhəmiyyətlidir. Amma Rusiya hələ faktiki olaraq demokratiya yolunu seçməyib. Ölkədə əvvəlki kimi qeyri-müəyyənlikdir. Beləliklə, Rusiya keçid mərhələsində olan ölkədir. Düşünürəm ki, Rusiyaya demokratiyaya keçid etməyə və ona dünya cəmiyyətinin konstruktiv üzvü olmağa kömək edə bilərik”, – o deyib.

Onun sözlərinə görə, qlobal problemləri həll etmək üçün Amerikaya daha geniş koalisiya lazımdır: “Əlbəttə, Amerika, Çin və dəyişən Rusiya bu geniş koalisiyada aparıcı rolu oynaya bilər”.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR