Avropa Liqası: “Qəbələ” "Anderlext"lə yenə bacarmadı

Avropa Liqası: “Qəbələ” "Anderlext"lə yenə bacarmadı
21:59 24 Noyabr 2016
140 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qəbələ” də növbəti oynununa çıxıb.

 

Belçikanın “Anderlext” klubunu qəbul edən Roman Qriqorçukun yetirmələri bu dəfə də məğlub olublar. Qrup mərhələsində keçirdiyi bütün ev oyunlarında qol vurmağı bacaran təmsilçimiz bu dəfə də ənənəsinə sadiq qalsa da, bu, qələbə üçün bəs etməyib.

 

Qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. Bundan 4 dəqiqə sonra Rikardinyo penalti zərbəsi ilə hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə əldə bir neçə qol epizodunu, o cümlədən penaltini boşa verən meydan sahibləri 90 və əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə daha iki qol buraxaraq məğlubiyyətlə üzləşiblər.

 

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

C qrupu

 

“Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:3

Qırmızı vərəqə: Rəşad Eyyubov, 89 (ikinci sarı)

Qollar: Rikardinyo, 15 (pen.) - Tilemans, 11, Bruno, 90, Teodorçuk, 90+4

İstifadə edilməyən penalti: Rikardinyo, 75 (yan)

 

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak

Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkiy (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. 8-ci km qəsəbə stadionu

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR